Son illərdə artan temperatur qlobal iqlim böhranına səbəb olsa da, Atlantik okeanı rekord sürətlə soyuyur.
Mütəxəssislər bu barədə xəbərdarlıq ediblər.
Bildirilir ki, son üç ayda Atlantik okeanında temperatur 1982-ci ildən bəri qeydə alınan ən soyuq səviyyəyə çatıb.
Qlobal iqlim böhranı ilə əlaqədar okeanın soyuması müsbət görünsə də, bu vəziyyətin səbəbinin bilinməməsi də diqqət çəkir.
Floridadakı Mayami Universitetindən Franz Philip Tuchen bu qəfil dəyişikliyin təəccüblü olduğunu bildirib: "Biz mümkün mexanizmlərin siyahısını nəzərdən keçirdik, lakin heç nə bunu izah etmir".