Səhər qəzeti

Serbiya Rusiya ilə hərbi müqavilələrə xitam verdi: Nə baş verir?

Tarix:Dünən, 22:50
Baxış Sayı:0

 

Serbiya Rusiyadan hərbi təchizatla bağlı bir sıra müqavilələri pozub, digərlərini isə təxirə salıb.

Bunu Serbiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Milan Moysiloviç bildirib.

“Rusiya Federasiyasından silah tədarükünə gəlincə, bu, hazırda praktiki olaraq mümkün deyil”, - deyə Moysiloviç Rusiya Federasiyası ilə hərbi-texniki əməkdaşlıq edən ölkələrə qarşı tətbiq edilən sanksiyalardan danışarkən qeyd edib.

Moysiloviç beynəlxalq vəziyyətin yaxşılaşacağına və bu müqavilələrin həyata keçirilməsinin mümkün olacağına ümid edərək, Rusiya ilə bəzi müqavilələrə xitam verildiyini, bəzilərinin isə təxirə salındığını vurğulayıb.

Serbiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi onu da bildirib ki, keçmiş SSRİ və indiki Rusiya Federasiyasında istehsal olunan silahlar dünyanın bir çox ölkələrində mövcud olduğundan və müxtəlif dövlətlərdə lisenziya əsasında istehsal olunduğundan, Serbiyanın silah təchizatını təmin etmək imkanı var.


Digər xəbərlər
XƏBƏR LENTİ