2025-ci ildə Ukraynada tammiqyaslı müharibə nəhayət dayandırılacaq.
Bu barədə "Sky News"-un Rusiya müxbiri Ivor Bennett deyib.
O qeyd edib ki, hərbi əməliyyatlar dayandırılarsa, iki ölkə arasında münaqişə sadəcə olaraq dondurulacaq.
"Bu yaxınlarda hər iki tərəf sülh razılaşmasına nail olmaq üçün güzəştə getməyə hazır olduqlarını açıqladı. Ukrayna prezidenti Vladimir Zelenski əraziləri verməyə hazır olduğunu, Vladimir Putin isə Rusiyanın güzəştə getməyə hazır olduğunu söylədi", - xəbərdə vurğulanıb.
Jurnalistin fikrincə, “danışıqlar qaçılmaz görünür”. Lakin Rusiya da öz növbəsində, nəticədən asılı olmayaraq, bunun onların qələbəsi olduğunu bəyan edəcək: "Düşünürəm ki, Kreml Sovet İttifaqının nasist Almaniyası üzərində qələbəsinin 80-ci ildönümününə - mayın 9-na qədər danışıqları başa çatdırmağa ümid edəcək. Məqsəd ikiqat bayram olacaq".