Səhər qəzeti

Son dəqiqə: Generalın qətlinin qisası - Rusiya Ukraynanı hipersəs raketlərlə vurdu

Tarix:20-12-2024, 14:00
Baxış Sayı:0

 

Dekabrın 20-də Ukrayna Rusiya ordusunun kütləvi hücumuna məruz qalıb.

Bu barədə “Shot Telegram” kanalı məlumat yayıb. Rusiya ordusunun endirdiyi zərbədən sonra Borispol hava limanı yaxınlığında anbarlar yanıb .

“Ukraynaya böyük zərbə. İlkin olaraq enerji obyektləri və qərar qəbuletmə mərkəzləri hücuma məruz qalıb”, - nəşr yazıb.

Kanalın ilkin məlumatına görə, hücum hipersəs raketləri ilə həyata keçirilib. Ən azı beş zərbə endirilib.

"Hücum general İqor Kirillovun qətlinə görə cavab zərbəsi sayılır”, - kanal bildirib. Lakin hələlik bu məlumatın rəsmi təsdiqi yoxdur.


Digər xəbərlər
XƏBƏR LENTİ