"Ukrayna hakimiyyəti yaşayış minimumunu əvəz etməyə hazırlaşır".
Bunu Ukraynanın sosial siyasət naziri Oksana Jolnoviç deyib.
Onun sözlərinə görə, ödənişlərin məbləği hazırda çox azdır, əvəzində başqa mexanizm yaranacaq.
“Biz yaşayış minimumundan uzaqlaşmaq istəyirik. Cərimələr, məmur maaşları və s. buna bağlıdır. Bunu ayırmaq bizim üçün çox vacibdir”, - deyə Jolnoviç izah edib.
O əlavə edib ki, yaşayış minimumu fərdi qaydada müəyyən ediləcək xüsusi sosial ödənişlə əvəz olunacaq. Jolnoviç bunun işini itirənlər və ya son dərəcə aşağı gəlirli insanlar üçün əlçatan olacağını vurğulayıb.
2024-cü ildə Ukraynada yaşayış minimumu 2920 qrivna (təxminən 71 dollar) təşkil edir. Minimum əmək haqqı 7100 qrivnadır (təxminən 172 dollar). Eyni zamanda, dövlət büdcəsi xeyli dərəcədə Qərbin dəstəyindən asılıdır.
Ukrayna Maliyyə Nazirliyi etiraf edib ki, yardımın gecikdirilməsi kəsirlərə və çətinliklərə, xüsusən də hərbi qulluqçuların ödənişlərində çətinliklərə səbəb olur.