Ermənistan keçmiş Minsk qrupunun rəsmi şəkildə buraxılması məsələsinə sülh danışıqları kontekstində baxmaq istəyir.
Azərbaycan Ermənistana de-fakto mövcud olmayan Minsk qrupunun buraxılması ilə bağlı ikitərəfli şəkildə müraciət etməyi təklif edib.
Ermənistan Xarici İşlər Nazirliyi rəsmi açıqlamasında bildirib ki, “Minsk prosesinin davam etdirilməsi məsələsinə münasibətlərin hərtərəfli nizamlanması və hər şeydən əvvəl sülh müqaviləsinin bağlanması kontekstində baxa bilərlər”.
Minsk qrupu faktiki olaraq yoxdur və bundan sonra “dirilməsi” də mümkün deyil. Lakin rəsmi İrəvanın bu yanaşması Minsk qrupu məsələsindən sülh danışıqlarında şantaj vasitəsi kimi istifadə etmək cəhdidir. Görünür, Ermənistan tərəfi Minsk qrupunun de-yure ləğv edilməsi qarşılığında Azərbaycandan nəsə almaq niyyətindədir.