Sosial şəbəkələrdə 1 saylı Maştağa Psixiatriya xəstəxanasında pasientin döyüldüyü ilə bağlı görüntülər yayılıb.
Həmin kadrları lentə alan xəstə yaxını atasının sözügedən tibb müəssisəsində şiddət gördüyünü iddia edir.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov Qafqazinfo-nun sorğusuna cavab olaraq bildirib ki, həmin şəxsin müalicə olunduğu xüsusi təyinatlı tibb müəssisəsində xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.
Məsələ ilə bağlı təhqiqat araşdırmaları aparılır.
Videonun həssas olduğunu nəzərə alaraq, həmin görüntüləri təqdim etmirik.