Səhər qəzeti

Bütün qitədə fövqəladə vəziyyət elan edildi: Qarşısını ala bilmirlər

Tarix:14-08-2024, 20:32
Baxış Sayı:2

 

Afrika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi Konqo Demokratik Respublikasından qonşu ölkələrə yayılan meymun çiçəyi virusu səbəbindən bütün qitədə "ictimai sağlamlıq üçün fövqəladə vəziyyət" elan edib.

Meymun çiçəyi virusu Afrika qitəsində sürətlə yayılmaqda davam edir.

Afrika CDC baş direktoru Jean Kaseya deyib ki, qitənin 10 milyon dozadan çox peyvəndə ehtiyacı var:

“İnstitutlarımızı, kollektiv iradəmizi və resurslarımızı tez və qətiyyətlə səfərbər etmək üçün bu gün kontinental təhlükəsizliyimiz üçün fövqəladə vəziyyətini elan edirik. Afrikada 3 milyon dozadan başlayaraq 10 milyondan çox doza təmin etmək üçün dəqiq planımız var. Bu günə qədər qitədə 15 mindən çox meymun çiçəyi hadisəsi və 461 ölüm qeydə alınıb”.

Qeyd edək ki, bu, keçən ilin eyni dövrü ilə müqayisədə 160 faiz artım deməkdir. Meymun çiçəyi ilk dəfə 1970-ci ildə Konqo Demokratik Respublikasında insanlarda aşkar edildikdən sonra onilliklər ərzində Afrikanın bəzi bölgələrində endemik olub.

Digər xəbərlər
XƏBƏR LENTİ