Səhər qəzeti

Vətən yolunda Şəhidlər ölmür

Tarix:16-11-2024, 15:02
Baxış Sayı:0

 

Bu gün Qəbələ rayon şəhid Qarayev Məhəmmədin Mövlud günü qeyd olundu. 

Tədbirdə şəhidin ailə üzvləri, Qəbələ TV, Beyləqan şəhid ailələri, Neftçala  şəhid ailələri, Qəbələ şəhid ailələri,2 saylı Perviz Osmanov adina məktəb müəllim kollektivi ,4 saylı  Nicat  Atayev adına müəllimləlri,  qazilər, icra nümayəndəsi , təhsil şöbəsinin rəhbəri,rayon sakinləri, axundlar,idarə və  təşkilat rəhbərləri i,yaxınları iştirak etdi.

Əvvəlcə şəhidin məzarı üzərinə tər çiçəklər qoyulmuş,ruhuna dualar oxunmuşdur.
Sonra şəhidin anası çıxış edərək öz övladı ilə qürür duyduğunu,onunla fəxr etdiyini söyləmişdi.

Mayın 12-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olmuşdur. Azərbaycan Ordusunun hərbi qulluqçusu Qarayev Məhəmməd Mahir oğlu Qəbələ şəhər sakinidir.

2001-ci il təvəllüdlü M.Qarayev evin tək oğlu və ali təhsilli olub.

O, hərbi xidmətinin bitməsinə 49 gün qalmış şəhidlik zirvəsinə ucalıb. 

Allah rəhmət eləsin Şəhidlərimizə

Təranə Alməmmədova

Dünya Azərbaycanlıların  Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri


 

Digər xəbərlər
XƏBƏR LENTİ