Səhər qəzeti

Bu 5 qidanı yumaq olmaz - Mütəxəssislərdən xəbərdarlıq

Tarix:15-11-2024, 13:32
Baxış Sayı:0

 

Aldığımız qidaları yeməzdən əvvəl yumaq onların təmizlənməsini təmin etsə də, bu qayda hər qida üçün keçərli deyil. Bəzi qidaları istifadə etməzdən əvvəl yumaq olmaz.

Həmin qidaları təqdim edirik.

Yumurta: Yumurta qabığında bakteriyaların içəri girməsini əngəlləyən qoruyucu bir təbəqə var. Yumurtanın yuyulması bu qoruyucu təbəqəyə zərər verir və bakteriyaların çoxalmasına səbəb ola bilər. Bu bakteriyalar yumurtaya daxil olaraq sağlamlığımıza zərər verə bilər.

Göbələk: Göbələklər süngərəbənzər bir quruluşa malikdir və suyu asanlıqla özlərinə çəkirlər. Göbələyin yuyulması onun içində su toplamasına və bişirilərkən dadının dəyişməsinə yol açır. Həmçinin su ilə birlikdə bakteriyaların da göbələyin iç quruluşuna daxil olmasına səbəb ola bilərsiniz. Buna görə göbələkləri yumaq tövsiyə edilmir.

Toyuq: Toyuq əti Salmonella kimi ciddi sağlamlıq problemlərinə yol aça biləcək bakteriyaları daşıya bilər. Çiy halda toyuğun yuyulması bu bakteriyaların mətbəx səthinə və istifadə etdiyimiz alətlərə yayılmasına səbəb olur. Bişirərkən bu bakteriyalar tamamilə öldüyü üçün toyuğu yuyub bişirməyə ehtiyac yoxdur.

Balıq: Balığın səthində olan təbii yağlar onun faydalarını və təbii dadını qoruyur. Balığı yuduqdan sonra bişirmək bu xüsusiyyətləri itirməsinə səbəb ola bilər.

Makaron: Makaron özündə bol miqdarda nişasta ehtiva edir. Makaronun xarici səthini örtən nişasta sousun makaronla yapışmasını təmin edir və dadını artırır. Makaronun yuyulması sousla qarışmasını çətinləşdirir və dadını itirməsinə səbəb olur. Bu həmçinin makaronun konsistensiyasına da təsir edir.

Digər xəbərlər
XƏBƏR LENTİ