Səhər qəzeti

Keçmiş Pentaqon rəsmisindən UFO iddiası: Kainatda tək deyilik

Tarix:14-11-2024, 20:31
Baxış Sayı:0

 

ABŞ mətbuatında yer alan xəbərlərə görə, Nümayəndələr Palatasının Nəzarət və Hesabat Komitəsi Vaşinqtonda “Naməlum anormal hadisələr (UAP), həqiqətin üzə çıxarılması” adlı iclas keçirib.

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) keçmiş rəsmisi Luis Elizondo iclasda “naməlum uçan obyektlər” (UFO) ilə bağlı açıqlamalar verib.

O, hökumətin UFO-larla bağlı işlərinin böyük hissəsinin hələ də gizli qaldığını ifadə edib: “UAP realdır. Həddindən artıq məxfilik dövlət qulluqçularına, hərbi qulluqçulara və ictimaiyyətə qarşı ciddi sui-istifadələrə səbəb olur. Bütün bunlar kainatda tək olmadığımızı gizlətmək üçün edilib. Hökumətimiz və ya hər hansı digər hökumət tərəfindən istehsal olunmayan qabaqcıl texnologiyalar bütün dünyada həssas hərbi obyektləri izləyir".

Elizondo hökumət daxilindəki bəzi insanların UFO haqqında danışanlara, onları təqib edənlərə və ya etibarlarını məhv etməyə çalışanlara qarşı qisas aldığını iddia edib.

Keçmiş Pentaqon rəsmisi Konqresi və ABŞ-ın 47-ci prezidenti seçilən Donald Trampın yeni administrasiyasını UAP proqramları ilə bağlı daha şəffaf olmağa çağırıb.

ABŞ Hərbi Dəniz Qüvvələrinin təqaüdçü kontr-admiralı Tim Gallaudet də Elizondonun açıqlamasını dəstəkləyən açıqlamalar verib. O, ABŞ xalqının UFO-lar haqqında məlumat sahibi olmaq haqqının olduğunu vurğulayıb.

Digər xəbərlər
XƏBƏR LENTİ