Səhər qəzeti

COP29: İqlim maliyyəsi diqqət mərkəzindədir

Tarix:11-11-2024, 21:19
Baxış Sayı:0

 

Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası təkcə Azərbaycan üçün deyil, bütün Böyük Xəzər regionu üçün unikal hadisədir.

Bu barədə Böyük Xəzər Assosiasiyasının (GCA) prezidenti Murat Seyitnepesov məlumat verib.

"BMT-nin bu cür genişmiqyaslı iqlim toplantısının Azərbaycanda keçirilməsi böyük nailiyyətdir və çox sayda nümayəndənin olmasına baxmayaraq, tədbir ən yüksək səviyyədə təşkil olunur", - Seitnepesov vurğulayıb.

O qeyd edib ki, bu gün konfransın ilk günüdür, COP29-un əsas tədbirləri sabah başlayacaq;

"Mən əminəm ki, yaxşı nəticələr əldə olunacaq. İştirakçılara iqlim problemlərinin həlli üçün ciddi yollar tapmağı arzu edirəm", - deyə Böyük Xəzər Assosiasiyasının prezidenti əlavə edib.

Digər xəbərlər
XƏBƏR LENTİ