Səhər qəzeti

Əliyev və Vuçiç hansı məsələləri müzakirə edib?

Tarix:11-11-2024, 21:01
Baxış Sayı:0

 

Azərbaycan Prezidenti İlham Əliyev və Serbiya Prezidenti Aleksandr Vuçiç iqlim dəyişikliyi ilə mübarizədə əməkdaşlıq məsələlərini, Serbiyada qaz elektrik stansiyasının tikintisi ilə bağlı məsələləri müzakirə edib.

Bu barədə iqlim konfransının açılışına gələn Serbiya Prezidenti Aleksandr Vuçiç jurnalistlərə açıqlamasında bildirib.

“İndicə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüm. Dəvətinə və qonaqpərvərliyinə görə ona dərin minnətdarlığımı bildirirəm. Biz COP ilə bağlı bəzi mühüm məsələləri müzakirə etdik və Serbiyada qaz elektrik stansiyasının tikintisi ilə bağlı müzakirələrə başladıq. Hər iki ölkə Serbiyanın cənubunda yerləşən Nij şəhərindəki bu qaz elektrik stansiyasının səhmdarları ola bilər. Biz bunu reallaşdıra bilsək, bu, sıx əməkdaşlığımızda daha bir mühüm addım olacaq”, - o deyib.

Serbiya liderinin sözlərinə görə, bu layihə onun ölkəsi üçün çox vacibdir. “Azərbaycan artıq Serbiyaya qaz tədarük edir. Bizimlə yeni layihədə iştirak etməyə hazır olduqları üçün Azərbaycandan olan dostlarımıza təşəkkür edirik”, - o bildirib.

“Biz son bir ildə ticarət dövriyyəsinin səviyyəsini 5 il əvvəlki ilə müqayisədə uğurlu şəkildə, 30 dəfə artırmışıq və bu, misilsizdir. Özümü Azərbaycanda, Bakıda həqiqətən də evimdəki kimi hiss edirəm və gələn ilin yayında ölkənizə yenidən gələcəyimə ümid edirəm”, - Vuçiç qeyd edib.

Digər xəbərlər
XƏBƏR LENTİ