Səhər qəzeti

Zəfər Günü münasibətilə Bakıda hərbi yürüş başlayıb

Tarix:8-11-2024, 10:01
Baxış Sayı:0

 

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda hərbçilərin iştirakı ilə yürüş başlayıb.

Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himnimiz səsləndirilib.

Əlavə edək ki, yürüş Bakıda beş istiqamət üzrə keçirilir.

Heydər Əliyev sarayından başlayan yürüş Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı - "Amay" TM;

Şəhidlər xiyabanından başlayan yürüş "Alov Qüllələri" - metronun "İçərişəhər" stansiyası - Qala Qapısı - Kukla Teatrı - Azneft dairəsi - Bəhram Gur heykəli;

Musabəyov parkından başlayan yürüş Əbdürrəhim bəy Haqverdiyev küçəsi, Hüseyn Cavid prospekti - Parlament prospekti - Şəhidlər xiyabanı;

"Olimpik Star"dan başlayan yürüş Səməd Vurğun küçəsi - Zabitlər parkı - Sirk - Heydər Əliyev sarayı - Nəsimi heykəli - Neftçilər prospekti;

Nərimanov heykəlindən başlayan yürüş Mərkəzi Park - Milli Dram Teatrı - Qış parkı - Heydər Əliyev Sarayı - Mərkəzi Bank - "28 Mall" TM-dək davam edəcək.

Digər xəbərlər
XƏBƏR LENTİ