Səhər qəzeti

Küləkli hava şəraiti nə vaxta kimi davam edəcək?

Tarix:3-11-2024, 14:40
Baxış Sayı:0

 

Küləkli hava şəraiti ilə bağlı faktiki vəziyyət açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin noyabrın 03-ü saat 12:00-a olan məlumatına əsasən, qərb rayonlarından başlayaraq şimal-qərb küləyi arabir güclənib.

Sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti Goranboyda 19 m/s, Bərdə, Naftalan, Ağdamda 18 m/s, İsmayıllı, Qobustan, Tərtər, Mingəçevirdə 16 m/s təşkil edir. Bakıda və Abşeron yarımadasında günün ikinci yarısından şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Noyabrın 04-ü səhər saatlarından ölkə ərazisində külək tədricən səngiyəcək. Lakin 04-ü gecəyə doğru və 05-də küləyin yenidən güclənəcəyi gözlənilir.

Digər xəbərlər
XƏBƏR LENTİ