Səhər qəzeti

30 illik yubileyin mübarək olsun şəhidim 

Tarix:28-10-2024, 09:10
Baxış Sayı:13

 

Bu gün 2-ci Fəxri Xiyabanda Vətən Müharibəsinin şəhidi  Şəhriyar Əlibəylinin  anım   mərasimi keçirildi.Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad edilib,  məzarları önünə gül dəstələri qoyulub, ruhlarına dualar oxunub.Anım mərasimində Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və RIH-in aparat əməkdaşları, Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədov, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri, Qəbələ rayon şəhid ailələri, Qəbələ rayon Vəndam qəsəbə müəllim kollektivi,  DAMMSİ inkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri , hərbçilər, zabitlər , qazilər məktəblilər iştirak etdilər.

..Ailənin yeganə  övladı  olan, Suşa Fatehi Əlibəyli Şəhriyar Ramiz oğlu 25.10. 1994-cü ildə  Qəbələ  rayonu  Vəndam  kəndində  dünyaya göz açmışdır.  2001-ci ildə  Vəndam 1nömrəli  pilot məktəbində 1-ci sinfə qədəm qoymuş Şəhriyar Əlibəyli 2004-cü ilə qədər həmin məktəbdə təhsil almış,  daha sonra,  ailəsi ilə birgə Bakı şəhərinə  köçdüyü üçün, təhsilini Badamdar qəsəbəsində 236 saylı tam orta məktəbdə  davam etdirmişdir.   2010-cu ildə C.Naxçıvanski adına hərbi  liseyə daxil olmuşdur.   Azərbaycan Ali Hərbi Məktəbinin məzunu olan Şəhriyar  Əlibəyli 2018-ci ildən Qazax  rayonunda  ,N" saylı hərbi hissədə  rabitəçi kimi fəaliyyət göstərmişdir.   2020-ci il 44 günlük Vətən  müharibəsi zamanı könüllu olaraq Xüsusi Təyinatlı Qüvvələr  qrupuna qoşularaq  Şuşa,  Xocavənd, Laçın, Kəlbəcər  uğrunda  döyüşlərdə ön cəbhədə  iştirak etmişdir.  2022-ci ilin sentyabr ayında baş tutan 'Qisas"əməliyyatında ön cəbhədə iştirak  etmiş  zabit  ,,Şuşanın azad edilməsinə görə", "Xocavəndin azad edilməsinə görə" , ''Hərbi  xidmətdə  fərqlənməyə görə 3-dərəcəli medalı'', "Müharibə iştirakçısı" medalları ilə təltif olunmuşdur.🇦🇿 Şuşa Fatehi, zabit , XTQ-in baş leytenantı Şəhriyar Əlibəyli 05.03.2023- ildə Rusiya Sülhməramlılarının nəzarət bölgəsində erməni təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olduqdan sonra  "Vətən uğrunda  medalı" ilə təltif  olunmuşdur.  Elin igid, mərd, qəhrəman oğlu Şəhriyar! Ruhun şad,məqamın uca olsun!


Təranə Alməmmədova 

Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi Sabitlik və inkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri



 

Digər xəbərlər
XƏBƏR LENTİ